• 21 Yanvar 2022
logo
Nazir müavini: “Türkiyədə yanğınların söndürülməsində dəstəyə görə Azərbaycan xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkür bildiriblər"

Nazir müavini: “Türkiyədə yanğınların söndürülməsində dəstəyə görə Azərbaycan xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkür bildiriblər"

"Türkiyədə yanğınların söndürülməsində dəstəyə görə ötən gün Böhran İdarəetmə Mərkəzində Azərbaycan xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər".
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, gəldikləri gündən etibarən yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınlara qarşı mübarizə aparıblar: "Biz bura təkcə yanğın söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik. Getdiyimiz bütün ərazilərdə bizə xüsusi doğmalıq göstərilib. Bizim Türkiyə il qədim dostluq və qardaşlığımız var. Bu qardaşlığın daha da güclənməsində Ümummilli lider Heydər Əliyev mühüm rol oynayıb, indi isə Prezident İlham Əliyev bu qardaşlıq tarixinin yeni səhifəsini yazır. Bizim buradakı fəaliyyətimiz Türkiyə dövləti və xalqı tərəfindən alqış və sevinclə qarşılanıb. Biz də Türkiyə xalqına və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk".