• 24 Yanvar 2022
logo
Ərdoğan sel fəlakəti olan bölgəyə səfər edib

Ərdoğan sel fəlakəti olan bölgəyə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizin qərb bölgəsində sel fəlakətindən zərər çəkən Kastamonu şəhərinin Bozkurt rayonuna gedib.
APA-nın yerli bürosunun Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbərinə görə, Bozkurt rayonundakı məsciddə cümə namazından sonra R.T.Ərdoğanın xalqa müraciət edəcəyi gözlənilir.
Çıxışından sonra, Türkiyə Prezidentinin sel bölgəsində qurulan Jandarma Ümumi Komandanlığı Mobil Əməliyyat Mərkəzində keçiriləcək koordinasiya iclasında iştirak edəcəyi, bölgədəki işlər və son vəziyyətlə əlaqədar səlahiyyətlilərdən məlumat alacağı bildirilib.