• 19 Yanvar 2022
logo
Nazir müavini: "Prezidentin Türkiyədəki yanğınlarla bağlı FHN-in qarşısında qoyduğu vəzifələr tam icra edilib"

Nazir müavini: "Prezidentin Türkiyədəki yanğınlarla bağlı FHN-in qarşısında qoyduğu vəzifələr tam icra edilib"

"Prezident İlham Əliyevin Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam olaraq icra edilib".
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, avqustun 12-də Muğla böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: "Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə, soyudulmasına və ağacların kəsilməsinə nail olmuşuq. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub".