• 22 Yanvar 2022
logo
Təbriz Universitetinin xanım öyrənciləri etiraz aksiyası keçirib

Təbriz Universitetinin xanım öyrənciləri etiraz aksiyası keçirib - FOTO

Təbrizin Tibb Elmləri Universitetinin xanım öyrənciləri etiraz aksiyası keçirib.
Tibb Elmləri Universitetinin inzibati binasının qarşısına toplaşan öyrəncilər rektorluğu və Təhsil Nazirliyini ittiham edib. Tələbələr bildirib ki, məsullar onların taleyinə biganədir, öyrəncilərin sosial problemləri ilə ilgilənən yoxdur.
Aksiyada “Öyrəncilər sizin köləniz deyil”, “Yarımçıq yataqxana öyrəncilərə layiq deyil”, "Münasib yaşayış yeri bizim haqqımızdır” və digər şüarlar səslənib.
Öyrəncilər bildirib ki, aksiyanı keçirməkdə məqsəd diqqəti bərbad təhsil şəraitinə, xanım tələbələr üçün nəzərdə tutulan yataqxananın biabırçı durumuna çəkməkdir.
Aksiyada Təhsil Nazirliyinə müracitə qəbul edilib. Müraciət Tibb Elmləri Universitetinin rektorluğuna təqdim olunub.
Gunaz.tv