• 1 İyul 2025
logo
Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

Ərdəbil həbsxanasında saxlanılan milli-mədəni fəal Rza Vasiqi avqustun 11-də girov qarşılığında məzuniyyətə buraxılıb.
Qeyd edək ki, milli fəalın qardaşı Əli Vasiqi də Ərdəbil həbsxanasında saxlanılır.
Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.
Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.
Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum olunublar.
1985-ci ildə Ərdəbildə anadan olmuş Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.
Gunaz.tv