• 2 İyul 2025
logo
Şərqi Azərbaycanda COVİD-19 sürətlə yayılır: Virus qurbanlarının dəqiq sayı gizlədilir

Şərqi Azərbaycanda COVİD-19 sürətlə yayılır: Virus qurbanlarının dəqiq sayı gizlədilir

Şərqi Azərbaycan əyalətində koronavirus sürətlə yayılır. Lakin qəribədir ki, rəsmilər aylardır ki, əyalət üzrə yoluxma və ölüm halları ilə bağlı dəqiq məlumat vermir.
Bir neçə dəfə verilən yarımçıq bilgilərdə koronavirusa yoluxma və ölüm hallarının çox olduğu qeyd edilsə də, dəqiq rəqəm göstərilməyib.
Uzun müddətdən sonra bu gün “Mehr” xəbər agentliyinə müsahibə verən Təbriz Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin direktoru doktor Simin Xəyyatzadə COVİD-19-a yoluxanların və ölənlərin hallarının kəskin artdığı qeyd edib, yeni yoluxanların çoxunun aşağı yaş qruplarına aid olduğunu deyib.
“Yeni yoluxanların çoxunun aşağı yaş qruplarına aid olması onların koronavirusun "Delta" ştammına yoluxduqlarına dəlalət edir”-deyə, bildirib.
Xəyyatzadə son vaxtlar tibb ocaqlarına müraciət edənlərin sayının çoxaldığını, onların 35%-də koronavirus aşkar edildiyini söyləyib.
“Gündəlik aparılan testlərin 35 və daha çox faizının nəticələri müsbət çıxır və qəti şəkildə demək olar ki, əyalətdə hər üç nəfərdən biri koronavirusa yoluxub”-deyə, S.Xəyyatzadə durumun ağırlığı barədə xəbərdarlıq edib.
Gunaz.tv