Bu barədə Həmədan əyalətinin Su və Kanalizasiya Şirkətinin sədr müavini Həmidrza Nikdad danışıb.
Bundan öncə Həmədan əyalətində içməli su qıtlığı yaşayan kəndlərə daha 56 kənd əlavə olunub. Bu barədə Həmədan əyalətinin Su və Kanalizasiya Şirkətinin sədr müavini Həmidrza Nikdad danışıb.
Həmidrza Nikdad bu gün mətbuata verdiyi müsahibədə bildirib ki, əyalətin 10 bölgəsində su qıtlığı və quraqlıq hökm sürür.
Nikdad hazırda 56 kəndin içməli suyunun olmadığını, əhalinin suya olan tələbatının səyyar su tankerləri vasitəsilə həyata keçirildiyini qeyd edib.
“Hazırda su qıtlığı yaşayan kəndlərin əhalisinin tələbatını tankerlər vasitəsilə ödəməyə çalışırıq, ancaq quraqlıq nəticəsində yaxın gələcəkdə bu kəndlərin sayının 161-ə çatacağını proqnozlaşdırmışıq”-deyə, Su və Kanalizasiya Şirkətinin sədr müavini bildirib.
Kəndlərlə yanaşı Həmədan şəhərində də içməli su problemi yaşanır. Həmədanın İcra Hakimiyyətinin başçısı Məhəmmədəli Məhəmmədinin verdiyi məlumata görə, Həmədanın içməli su tələbatının 77 faizini təmin edən “Ekbatan” və “Abşinə” su anbarlarında mövcud su həcmi 40%-a qədər azalıb.
bildirdiyinə görə sentyabr ayının sonlarına kimi bu anbarlarda olan su tükənəcək və şəhərdə ciddi içməli su böhranı yaşanacaq.
Bir müddət öncə Həmədan əyalətinin Regional Su Şirkətinin dirrektoru Mənsur Sutudə də problemdən danışıb.
Mətbuat nümayəndələrinə verdiyi açıqlamada o, yay fəslindən bir ay ötməsinə baxmayaraq bəndlərin arxasında yığılan suyun həcminin 70 milyon kubmetrə düşdüyünü bildirib.
Onun sözlərinə görə, ötən ilin oxşar dövrü ilə müqayisədə 35% azalma müşahidə olunub.
Gunaz.tv