• 25 Yanvar 2022
logo
Ankarada suriyalılar Türkiyə vətəndaşını öldürüb, qarşıdurma yaranıb

Ankarada suriyalılar Türkiyə vətəndaşını öldürüb, qarşıdurma yaranıb

Ankaranın Altındağ rayonunun Battalqazi məhəlləsində yerli əhali ilə suriyalılar arasında qarşıdurma olub.
Suriyalı miqrantların çoxluq təşkil etdiyi məhəllədə Türkiyə vətəndaşı olan iki gəncin suriyalılar tərəfindən bıcaqlanması və 18 yaşlı gəncin ölümü məhəllə sakinlərinin etirazına səbəb olub.
Belə ki, 10.08.2021 tarixində yerli vaxtla saat 21:30 radələrində iki qrup arasında qarşıdurma olub, iki Türkiyə vətəndaşı yaralanıb, xəstəxanaya aparılıb, 18 yaşlı Əmirxan Yalçın həkimlərin müdaxiləsinə rəğmən həyatını itirib. Hadisə ilə əlaqədar xarici ölkə vətəndaşı Yəhya Abdo və Məhəmməd Abdo “qəsdən adam öldürmə” maddəsi ilə həbs olunub.
Əmirxan Yalçının ölümündən sonra küçələrə çıxan yerli sakinlər Battalqazi məhəlləsindən suriyalıların çıxarılmasını tələb ediblər. Bir qrup suriyalıların təhlükəsizlik məqsədilə təxliyə olunması prosesində gərginlik yaşanıb, onların iş yerlərinə və avtomobillərinə hücum edilib.
Gərginliyi azaltmaq üçün hadisəyə çox sayda polis müdaxilə edib.
Qeyd edək ki, 50 minədək əhalisi olan Batallqazi məhəlləsində əhalinin 10 mindən çoxunun suriyalı olduğu bildirilir.
Hazırda Ankara valiliyi əhaliyə təxribatlara uymamaqla bağlı çağırış edib və gərginliyin aradan qaldırıldığını bildirib.