• 21 Yanvar 2022
logo
Türkiyə XİN Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib

Türkiyə XİN Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib.
Türkiyə XİN-in verdiyi xəbərə görə, PKK/YPG–nin "Şimali və Şərqi Suriyanın Muxtar İdarəetmə Nümayəndəliyi"ni açması ilə əlaqədar nazirlik İsveçrənin Ankaradakı səfirliyininin müvəqqəti işlər vəkilini çağırılaraq, izahat istəyib.
Bununla əlaqədar İsveçrə səlahiyyətlilərinin əvvəlcə də təşəbbüsdə olduğu xatırladılıb, bu terror təşkilatının, yaxud ona bağlı olan qrupların dərnəklər və ya qeyri-hökumət təşkilatları adı altında terror fəaliyyətini qanuniləşdirilməsinin yolverilməz olduğu bildirilib.
Aşıqlamada vurğulanıb ki, terrorla mübarizədə terror təşkilatları arasında heç bir fərq qoyulmamalıdır: “Özləri terror təşkilatlarına hədəf olmayana qədər terroçulara qucaq açanlara bir gün bu bəlanın onlara da problem yaradacağını xatırladırıq. Ölkəmiz Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-ya və onunla əlaqəli qruplara qarşı hər yerdə və hər zaman mübarizəsini qətiyyətlə davam etdirəcək”, - deyə qeyd olunub.