• 3 İyul 2022
logo
Nazir müavini: "Azərbaycan aviasiyası ilə Türkiyədəki yanğın bölgələrinə 1000 tona yaxın su boşaldılıb"

Nazir müavini: "Azərbaycan aviasiyası ilə Türkiyədəki yanğın bölgələrinə 1000 tona yaxın su boşaldılıb"

"Azərbaycan aviasiyası ilə Türkiyədəki yanğın bölgələrinə 1000 tona yaxın su boşaldılıb".
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, hazırda Türkiyədə baş verən yanğın ərazilərində Azərbaycan FHN-nin bir helikopteri və bir amfibiya təyyarəsi fəaliyyət göstərir:
"İndiyə qədər helikopter vasitəsilə 134 uçuş əməliyyatı həyata keçirilib, yanğın bölgələrinə 332 ton su tökülüb. Amfibiya təyyarəsi ilə isə 76 uçuş əməliyaytı həyata keçirilib, yanğın ərazisinə 615 ton su boşaldılıb. Ümümi olaraq Azərbaycan aviasiyası vasitəsilə yanğın olan ərazilərə 1000 tona yaxın su boşalıdılıb".