"Muğlanın Milas və Göyceğiz rayonlarındakı yanğınlardan başqa bütün meşə yanğınları nəzarətə alınıb".
Bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, davam edən yanğınların söndürülməsi və yaşayış yerlərinə keçməməsi üçün havadan, qurudan fasiləsiz müdaxilələr edilir.
Qeyd edək ki, iyulun 28-dən indiyədək Türkiyədə 240-dan çox meşə yanğınları baş verib.
Yanğınlarda ən çox Antalyanın Manavqat rayonu zərərə məruz qalıb, ümumlikdə 83810 hektar ərazi yanıb.