• 2 İyul 2022
logo
Son daşqınlarda Qəzvinin iki bölgəsində 80 kilometr yol dağılıb

Son daşqınlarda Qəzvinin iki bölgəsində 80 kilometr yol dağılıb

Sel və daşqınlar nəticəsində Qəzvində yol infrastrukturuna ciddi zərər dəyib.
Bu barədə Qəzvin əyalətinin Quru Yollar və Nəqliyyat İdarəsinin başçısı Cavad Həqq Lütfi məlumat verib. Onun sözlərinə görə, Qəzvinin Avuc və Ələmut bölgələrində yollar dağılıb.
Avqustun 7-də mətbuata məlumat verən Cavad Həqq Lütfi Qəzvinin Avuc və Ələmut bölgələrində 80 kilometr yolun dağıdığını, bir çox kəndin ətraf mühitdən təcrid olunduğunu deyib.
O, Avuc bölgəsində 6 körpünün 30-70% arası xəsarət aldığını və 30 kilometr əlaqə yollarının yararsız hala düşdüyünü söyləyib.
Həqq Lütfi bununla yanaşı əyalətin Ələmut bölgəsində də 12 körpünün 30-70 faiz arası dağıldığını, iki körpünün tamamilə uçduğunu və 50 kilometr yolun daşqın nəticəsində təxrib olduğunu açıqlayıb.
Quru Yollar və Nıqliyyat İdarəsinin başçısı ümumilikdə Qəzvində son daşqınlar nəticəsində yollar və körpülərə 100 milyard tümən ziyan dəydiyini qeyd edib.
Başçı hazırda bir çox kəndlərin yollarının açıldığını və qalan kəndlərin yollarının açılması və yenidən qurulması uğrunda işlər aparıldığını bildirib.
Həqq Lütfi Taleh, Çosar və İlan kəndlərinin körpüsünün dağıldığı görə, bu kəndlərdə yaşayan əhalinin müvvəqqəti istifadəsi üçün yeni torpaq yolların salınması yönündə fəaliyyətə başladıqlarını deyib.
Qeyd edək ki, son günlər şiddətli yağışlar və sel daşqınları Qəzvin əyalətinin yol, körpü, elektrik və qaz xətlərinə ciddi ziyan vurub.
İcra Hakimiyyətinin başçısı Nüsrətullah Əlirzayi Avuc bölgəsində su kanalları, suvarma sisteminin yararsız hala düşməsi və 8 min hektar əkin və bağ sahələrinin məhv olmasını bildirib.
Daşqınlar onlarla kənddə maddi xəsarətlərə yol açmaqla yanaşı, 5 nəfərin həyatının itirilməsinə səbəb olub.
Gunaz.tv