• 6 İyul 2025
logo
Ərdoğan: “Azərbaycanın peşəkar heyəti ölkəmizdə yanğınların söndürülməsində yaxından iştirak edir”

Ərdoğan: “Azərbaycanın peşəkar heyəti ölkəmizdə yanğınların söndürülməsində yaxından iştirak edir”

“Azərbaycandan indiyədək 600-ə yaxın peşəkar yanğınsöndürən heyət Türkiyədə yanğınların söndürülməsində yaxından iştirak edir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Prezident Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını bildirərək, təşəkkür etdiyini deyib: “Azərbaycanın daha 100-ə yaxın peşəkar yanğınsöndürənləri də bu gün ölkəmizə göndəriləcək”.
Ərdoğan Azərbaycandan bir yanğınsöndürən təyyarə, iki helikopter və müvafiq texnika göndərildiyini də xatırladıb.