• 3 İyul 2022
logo
Türkiyədə yol qəzasında 6 nəfər ölüb, 37 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 6 nəfər ölüb, 37 nəfər yaralanıb

Türkiyənin Manisa vilayətinin Soma rayonunda İstanbul-İzmir magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.
Qəza idarəetmədən çıxan avtobusun yolun əks tərəfində irəliləyən yük avtomobilinə çırpılması nəticəsində baş verib.
Qəzada 6 nəfər ölüb, 37 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, avtobusda 50 nəfər olub.