• 20 Aprel 2024
logo
Türkiyədən İtaliyaya aviareyslər təxirə salındı - SƏBƏB?

Türkiyədən İtaliyaya aviareyslər təxirə salındı - SƏBƏB?

“Türk Hava Yolları” şirkəti İtaliyaya bir sıra reysləri ləğv edib.
Trend-in məlumatına görə, reyslərin ləğv olunmasına səbəb İtaliyanın ENAV aviadispetçer işçilərinin tətil etməsi olub.
Nəticədə oktyabrın 25-ə təyin olunmuş üç reys baş tutmayacaq. Tətil Milan və Venesiya reyslərinə təsir göstərib.
Reyslərin başqa tarixə keçirilməsi barədə məlumat verilməyib.