Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Jens Stoltenberq arasında telefon danışığı olub.
Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə, J.Stoltenberq Türkiyədəki yanğınlardan təəssüfləndiyini bildirib, həyatını itirənlərlə bağlı başsağlığı verib.
Baş katib NATO-nun müttəfiqi Türkiyə ilə həmrəy olduğunu vurğulayıb.
Telefon söhbətində, həmçinin Əfqanıstanla da bağlı müzakirələr aparılıb.