• 5 İyul 2022
logo
Türkiyə XİN rəhbəri Azərbaycana təşəkkür edib

Türkiyə XİN rəhbəri Azərbaycana təşəkkür edib

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
M. Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
C. Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.