• 6 İyul 2025
logo
Türkiyənin Kemerköy İstilik Elektrik Stansiyasının ərazisindəki yanğın sönüb

Türkiyənin Kemerköy İstilik Elektrik Stansiyasının ərazisindəki yanğın sönüb

Türkiyənin Milas rayonundakı Kemerköy İstilik Elektrik Stansiyası (İES) ərazisində 11 saatdan çox davam edən yanğın səhər saatlarında səngiyib və sönüb.
Bu barədə Türkiyənin NTV televiziyasından bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, yanğının ərazidə ölüm, yaralanma təhlükəsi və daha çox itki verilməməsi məqsədilə Türkiyə Prezidentinin təlimatı əsasında öncədən müvafiq tədbirlər görülüb və 3 nazirin nəzarətilə təhlükəsizlik tədbirləri davam etməkdədir.
Qeyd edək ki, İES-də təhlükənin qarşısının alınması üçün öncədən hidrogen tankerləri və kömür anbarları boşaldılıb, ərazidəki yaşayış yerlərindən 8 məhəllə təxliyə edilib.
Yanğının tamamilə söndürülməsi üçün havadan müdaxilə davam edir.