• 27 Yanvar 2022
logo
Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

Urmunun “Urmudəşt” zavodunun işçiləri rəhbərliyin fəaliyyətindən narazıdır.
Məlumata görə. zavodun Milli Banka olan borclarının ödənilməməsi səbəbindən zavod 2007-ci ildən bağlanıb.
“15 ildir ki, zavod bağlanıb və biz bu müddət ərzində zavod rəhbərliyindən ödənilməmiş əmək haqlarımızı ala bilməmişik, məsullar isə problemlə bağlı hər hansı addım atmaqdan imtina edirlər”-deyə, işçilərdən biri “İLNA” xəbər agentliyinə bildirib.
“İLNA”nın verdiyi xəbərə görə 15 il öncə yanlış idarəetmə səbəbindən bağlanan zavodun 177 işçisi işsiz qalıb, onlardan 8 nəfəri dünyasını dəyişib və bu günə kimi başqa işçilər 15 il öncə ödənilməli olan əmək haqlarını ala bilməyiblər.
“Urmudəşt” zavodu 49 fərqli məhsul istehsal edən və məhsulunun bütünlüyü ixrac edilən İranın ilk konsantrant zavodu olub.
Adının açıqlanmasını istəməyən zavodun başqa işçilərindən biri agentliyə verdiyi müsahibədə bildirib ki, indiki ağır durumda ailələrinin minimum gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çkirlər.
“Adi toyuq əti bizim üçün əl çatmaz bir arzuya çevrilib”-deyə, işçi məişət durumlarının ağırlığından gileylənib.
İşçilər bildiriblər ki, çox sayda işçidən yalnız bir neçə nəfər işdə gözətçi kimi saxlanılıb və onlara ayda 500 (təxminən 30 manat) min tümən maaş təyin edilib.
“Dünyanın hansı yerində aylıq bu qədər məvaciblə yaşamaq, ailə dolandırmaq olar”-deyə, işçilər özlərinin aşağılandıqlarına etiraz ediblər.

Gunaz.tv