• 6 İyul 2025
logo
Türkiyədə daha bir zəlzələ olub

Türkiyədə daha bir zəlzələ olub

Türkiyənin Kayseri vilayətində 4,1 bal gücündə zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 15:38-də qeydə alındığını bildirib.
Zəlzələnin episentri Kayserinin Kocasinan rayonunun Sarıyacık bölgəsi olub.
Qeyd edək ki, bu gün Egey dənizinin Datça sahilində də ard-arda 4,1 və 3,6 bal gücündə zəlzələ baş verib.