• 1 İyul 2025
logo
İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

Şərqi Azərbaycan əyalətinin Sərəskənd və Çaroymaq mahallarının İran parlamentindəki keçmiş nümayəndəsi Qulamhüseyn Şiri Əliabad vəfat edib.
Çaroymaq və Sərəskənddə bir neçə əhəmiyyətli vəzifədə çalışmış Qulamhüseyn Şiri Əliabad koronavirusdan ölüb.
Qulamhüseyn Şiri Əliabad İrann parlamentinin 9-cu dövr çağırışında bölgənin millət vəkili kimi təmsil olunub. O, eyni halda bir müddət Sərəskəndin bələdiyyə başçısı və Məlikan şəhərinin Təhsil idarəsinin rəhbəri kimi fəaliyyət göstərib.
58 min əhalisi olan Sərəskənd (Həştrud) və 30 min insan yaşayan Çaroymaq mahalları Təbrizin cənubundan 130 kilometrlik məsəfadə yerləşirlər.
Hər iki bölgənin İran parlamentində bir təmsiliçisi var.
Gunaz.tv