• 19 Yanvar 2022
logo
Nazir: “Türkiyənin 7 bölgəsində yanğın davam edir”

Nazir: “Türkiyənin 7 bölgəsində yanğın davam edir”

Türkiyənin 7 bölgəsində yanğın davam edir.
Bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli mətbuata açıqlamasında bildirib.
Nazir deyib ki, son 5 gündə 132 yanğından 125-i nəzarət altına alınıb, bəziləri tamamilə söndürülüb.
B.Pakdemirli kənd təsərrüfatı sahəsində 78 yanğına da müdaxilə edildiyini deyib.