• 18 Aprel 2024
logo
Türkiyənin Van vilayəti 2 dəfə selə məruz qalıb

Türkiyənin Van vilayəti 2 dəfə selə məruz qalıb

Türkiyənin Van vilayətinin Başkkale qəsəbəsində dünəndən başlayaraq ikinci dəfə sel fəlakəti yaşanıb.
İyulun 28-dən Vanda aramsız yağışlar selə səbəb olub.
Ətraf mühit və şəhərsalma naziri Murat Kurum sel sularından Başkale qəsəbəsində 8 evin uçduğunu, 30-dan çox evin ciddi zərərə məruz qaldığını bildirib.
Meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, Vandakı sel fəlakətindən heyvandarlıq təsərrüfatı zərər çəkən vətəndaşlara, eləcə də digər zərərçəkənlərə dəymiş zərər ödənəcək
Qeyd edək ki, selin apardığı qardaşını axtaran gənc qız da sel sularında boğulub, yaxınlarının köməyilə onu son anda xilas etmək mümkün olub.
Hidrometeoroloqlar Vanda yağıntılı hava şəraitinin bu gün də davam edəcəyini bildiriblər.