• 12 Noyabr 2019
logo
add image
Oyunu pozduq, “Sülh çeşməsi” qəbul edildi - Çavuşoğlu

Oyunu pozduq, “Sülh çeşməsi” qəbul edildi - Çavuşoğlu

Türkiyə 5 gün ərzində 2 əhəmiyyətli razılaşma əldə etdi. Bu razılaşmalar diplomatiya və siyasi uğur cəhətdən tarixə keçdi.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Rusiya arasında Soçidə Suriya ilə bağlı əldə olunan razılaşma barədə danışarkən deyib.
“Oyunu pozduğumuz üçün xaricdən reaksiyalar verildi. “Sülh çeşməsi” əməliyyatının qanuniliyi qəbul edildi. Suriyanın sərhəd və ərazi bütövlüyünə bağlıyıq. Tel Abyad-Ras əl-Eyn bölgəsində vəziyyət qorunacaq. Soçidə əldə etdiyimiz razılaşmaya əsasən, Fərat çayından İraq sərhədinə qədər təhlükəsiz bölgə olacaq. Kobani də daxil olmaqla YPG terrorçuları Rusiya və rejim qüvvələri tərəfindən 30 kilometrdən aşağı göndəriləcəklər. Silahları da alınacaq. Menbiç və Tel Rıfatdakı YPG-çilər tamamilə çıxarılacaq. 150 saatın sonunda türk və rus əsgərləri 10 kilometr enində ortaq patrula başlayacaq. Qamışlını rejim qüvvələri ilə qarşı-qarşıya gəlməmək baxımından xaricdə tutduq. Burada ortaq patrul aparılmayacaq. Bu YPG terrorçularının bölgədən çəkilməyəcəyi anlamına gəlmir. Qamışlı da daxil olmaqla, YPG-çilər 30 kilometrdən aşağı bölgələrə göndəriləcək”, - Çavuşoğlu bildirib.