• 25 Aprel 2024
logo
24 İyul Təbriz aksiyası müttəhimlərinin üçü dindirilib

24 İyul Təbriz aksiyası müttəhimlərinin üçü dindirilib

Hər üç fəal 30 milyon tümənlik girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
24 iyul (2 mordad) tarixində Təbriz şəhərində keçirilən aksiya ilə bağlı saxlanılan 3 milli-mədəni fəalın son dindirmə iclası keçirilib. Hər üç fəal 30 milyon tümənlik girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
Məhəmməd Mahmudi, Fəraz Memar Azər və Hadi Məhəmmədi 31 iyul tarixində, Təbriz Ümumi və İnqilab Məhkəməsinin 16-cı istintaq bölməsində, hakim Musəvinin başçılığı ilə dindiriliblər.
Qeyd edək ki, Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, Təbrizdə aksiyalardan öncə, aksiya günü və ondan sonrakı günlərdə həbs olunanların sayının 150 nəfər civarındadır.
Onlardan bəziləri girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıblar. Ancaq həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.
Təhlükəsizlik idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və medaiya məlumat verilməsin. Ona görə bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.
Gunaz.tv