• 4 İyul 2025
logo
Türkiyədə 100-dən çox yanğın söndürülüb

Türkiyədə 100-dən çox yanğın söndürülüb - Nazir

Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb. Buna baxmayaraq, Antalya və Muğlada 5 yanğın ocağına nəzarəti ələ almaq mümkün olmayıb.
Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli Tvitter səhifəsində yazıb.
“İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - nazir bildirib.