• 3 İyul 2022
logo
Türkiyədə indiyədək baş verən 112 yanğından 107-si söndürülüb

Türkiyədə indiyədək baş verən 112 yanğından 107-si söndürülüb

28 iyul -1 avqust tarixlərində Türkiyədə baş verən 112 yanğının 107-si nəzarət altına alınıb.
Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində bu barədə yazıb.
Nazir Antalyanın Manavqat rayonu və Gündoğmuş qəsəbəsində 2, Muğlanın Marmaris, Milas rayonlarında və Göyçeğiz qəsəbəsində 3, ümumilikdə 5 yanğının nəzarətə alınması üçün fasiləsiz fəaliyyətlərin davam etdiyini qeyd edib.