• 20 Aprel 2024
logo
Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı - FOTO

Təbriz şəhərində 24 iyul (2 mordad) aksiyalarında həbs olunan fəallara dəstək məqsədilə afişalar və yazılı vərəqələr yayılıb.
“Azərbaycanın bütün milli-mədəni fəalları Azərbaycan Milli Hərəkatının qırmızı çizgisidir” yazısı ilə məhbuslara qarşı ədalətsiz münasibətinə görə hökumətə xəbərdarlıq edilib.
İyul ayının 29-u gecə saatlarında şəhərin müxtəlif bölgələrində paylanılan və divarlara yapışdırılan afişalarda simvolik olaraq dörd məhbusun şəkilləri əks olunub.
Afişalarda Güney Azərbaycanın bütün sahələrdə haqlarının tapdalandığı bildirilib. Qeyd olunub ki, azərbaycanlıların öz müqəddəratını təyinetmədən başqa yolları qalmayıb.
Afişalarda yazılıb:
“Azərbaycan son 100 ildə mərkəzçi hakimiyyətlər tərəfindən faşistcəsinə talanıb. Onun kimliyi, dili və mədəniyyəti danılıb, təhrif və təhqir olunub. Yeraltı və yerüstü milli sərvətləri yağmalanıb, bölgə geri saxlanılıb.
Azərbaycanın ayıq xalqı çoxdandır ki, öz yolunu mərkəzdə oturanlardan ayırıb və özünün müqəddəratını təyinetmə yolunda irəliləyir. Son günlər İran hökuməti çox sayda milli-mədəni fəalı qanunsuz və heç bir məhkəmə qərarı olmadan həbs edib.
Azərbaycanın bütün milli və mədəni fəalları Azərbaycan milli hərəkatının qırmızı çızgısıdırlər. Hazırkı durumun davam etdiyi təqdirdə Azərbaycan şəhərlərinin bütün divarları millətin azad tribunasına çevriləcək”.
Gunaz.tv