• 13 Fevral 2025
logo
Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

Son ilər Azərbaycan bölgələrində bir çox problemlər, özəlliklə məktəb tikintisi və aztəminatlı ailələrdən olan uşaqların təhsil xərcləri yerli xeyriyyəçilərin hesabına təmin olunur.
Hökumətin təhsil sahəsinə ayırdığı vəsait cüzi olduğu üçün bu problemi yerli Azərbaycan xeyriyyəçiləri həll edirlər.
Təbrizli xeyriyyəçilərəd biri kimsəsiz uşaqlara yardım, aztəminatlı və yoxsul ailələrin uşaqlarının məktəb və kommunal xərclərinin ödənilməsi üçün 4 qatlı binanı Basmınc Xeyriyyəçilər Birliyinə bağışlayıb.
Təbrizin Mərzdaran şəhərciyində yerləşən iİki ticari mərkəzi və 2 yaşayış mənzilinin icarəsindən əldə olunan gəlir yuxarıda qeyd olunan məsələlərə xərclənəcək.
Qeyd edək ki, binanı bağışlayan xeyriyyəçi Məhəmməd Fərəcpur Basımnci Kommunikasiya elmləri namizədi, İran Radio və Televiziyasının təqaüdçüsü, jurnalistika üzrə müəllimdir.
Gunaz.tv