Türkiyənin daha bir turizm bölgəsində - Muğla vilayətinin Marmaris rayonunda meşə yanğını baş verib.
Yanğın Marmarisin "İçmeler" turizm bölgəsi və yaşayış yerlərinə yaxınlaşıb.
Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Marmairsdəki meşə yanğınına bir təyyarə, 5 helikopter və 30 su tankeri olan avtomobil ayrıldığını bildirib.
Rusiyanın Türkiyədəki Səfriliyi isə “Twitter” səhifəsində yanğınlara Rusiyanın 3 “Be-200” yanğınsöndürmə təyyarəsinin dəstək göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Antalya, Adana, Kayseri, Osmaniye, Mersin vilayətlərində də yanğınlar davam edir. Antalyanın Manavqat rayonundakı yanğında 3 nəfər ölüb.