• 14 Fevral 2025
logo
Mustafa Şəntop: “Türkiyə Kabil hava limanının təhlükəsizliyinin qorunmasını davam etdirmək istəyir”

Mustafa Şəntop: “Türkiyə Kabil hava limanının təhlükəsizliyinin qorunmasını davam etdirmək istəyir”

“1979-cu ildən bəri Əfqanıstanda ciddi problem var”.
Bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirilən mətbuat konfransında bildirib.
Türkiyə Böyük Millət Məclisinin sədrinin sözlərinə görə, Əfqanısan məsələsi uzun müddətdir ki, bir qanqrena kimi davam edir: “Bu baxımdan Əfqanıstanda sabitlik əfqan xalqı üçün önəmlidir. Bu, eyni zamanda, Əfqanıstana qonşu ölkələr və xalqlar üçün də önəmlidir. Türkiyə üçün də Əfqanıstanda sabitlik olması vacibdir. Kabil hava limanı beynəlxalq aləmlə əlaqə baxımdan əhəmiyyətlidir. Türkiyə uzun müddətdir ki, Kabil hava limanının təhlükəsizliyini qoruyur və bunu da davam etdirmək istəyir. Türkiyə Əfqanıstandakı qruplarla bu yöndə müzakirələri davam etdirir”.