• 19 Fevral 2025
logo
Güney Azərbaycan siyasi təşkilatları 24 iyul aksiyası ilə bağlı bəyanat yaydı

Güney Azərbaycan siyasi təşkilatları 24 iyul aksiyası ilə bağlı bəyanat yaydı

Güney Azərbaycan milli təşkilatları iyulun 24-də Güney Azərbaycan şəhərlərində baş tutan aksiya ilə bağlı bəyanat yayıblar.
Bəyanatda deyilir:
"Azərbaycan türk milləti və vicdanlı dünya ictimaiyyəti!
Güney Azərbaycan xalqı 24 iyul (2 mordad) aksiyası ilə bir daha sübut etdi ki, bütün siyasi və təhlükəsizlik hesablamalarını dəyişə bilər. Azərbaycan türkləri Tehran hökumətinin bütün təhlükəsizlik tədbirlərinə, sərt addımlarına baxmayaraq, Əl-Əhvaz ərəblərinin haqlı etirazlarına dəstək verdi və özünün tapdalanmış hüquqlarına etiraz olaraq səsini qaldırdı.
İyulun 24-də Təbriz küçələrində baş verənlər bir daha siyasi, milli-mədəni fəalların və siyasi quruluşların birliyini göstərdi. Əl-Əhvaz ərəbləri ilə Güney Azərbaycan türklərinin strateji ittifaqı yönündə əhəmiyyətli addım kimi təsbit olundu".
Bəyanatı imzalayan təşkilat və quruluşlar olaraq Güney Azərbaycan xalqının ərəb xalqına dəstək mitinqinə və öz hüquqları uğrunda keçirdiyi aksiyaya görə təşəkkürünü bildirib.
"Hər iki xalq ayri-seçkilik, inhisarçılıq və mərkəzçilik siyasətinin kökünün qurudulması üçün haqlı mübarizəni davam etdirməlidir. Aydındır ki, bu mübarizənin və aksiyaların davamı milli fəalların məsləhəti bildiyi və ümumi mənafeə uyğun şəkildə aparılacaq.
Biz haqsız və ədalətsiz şəkildə həbs olunanların qeyd-şərtsiz azad olunmalarını tələb edirik. Əks təqdirdə Azərbaycan xalqı öz övladlarının azadlığı üçün etiraza qalxacaq.
Yaşasın İranda zülm altında yaşayan xalqların azadlıq mübarizəsi və birliyi"-deyə, bəyanatda qedy olunur.
Bəyanatı aşağıdakı adları göstərilən təşkilatlar imzalayıb:
Güney Azərbaycan Demokratik Türk Birliyi
Azərbaycan Milli Dirəniş Təşkilatı
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan İstiqlal Partiyası
Güney Azərbaycan Demokrat Partiyası
Güney Azərbaycan Liberal Demokrat Partiyası
Azərbaycan Mərkəz Partiyası
Gunaz.tv