• 28 May 2023
logo
İran mediası güneyli Məryəm Şeyxəlizadənin Azərbaycan komandasında çıxış etməsindən narahatdır

İran mediası güneyli Məryəm Şeyxəlizadənin Azərbaycan komandasında çıxış etməsindən narahatdır

İran mətbuatı Güney Azərbaycandan olan üzgüçünün Azərbaycan Respublikasının bayrağı altında çıxış etməsi ilə bağlı material dərc edib.
Yazıda gənc idmançının beynəlxalq yarışda Azərbaycanı Respublikasını təmsil etməsindən təəssüf hisis ifadə olunur.
Ata-anası Təbriz və Urmu şəhərlərindən olan, Tehranda yaşamış 17 yaşlı idmançı 3 yaşından üzgüçülüklə məşğul olub. O, 11 yaşında ilk uğura imza atıb və 13-14 yaşlarında ölkə üzrə bir neçə rekord qırıb.
Məryəm Şeyxəlizadə Gənclər və İdman Nazirliyinin dəvəti ilə milli komandasına qatılıb və Azərbaycan bayrağı altında 2020 Tokio Olimpiadasında çıxış edir.
“1979-cu il inqilabından, 44 il fasilədən sonra olimpiadada iranlı qadın üzgüçü kimi təmsil olundu. Ancaq İran üçün deyil, Azərbaycan üçün üzdü” -deyə, “gooya.news” yazıb.
Qeyd edək ki, Məryəm Şeyxəlizadə 100 metrəlik məsafəyə üzməkdə ən uğurlu idmançılardan sayılsa da növbəti mərhələyə adlaya bilməyib.
“2024 Paris Olimpiadası məni gözləsin, qızıl medal qazanmaq üçün qayıdacağam”-deyə, o, bildirib.
Gunaz.tv