• 18 Fevral 2025
logo
Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib - FOTO

İyulun 24-də Bruksel şəhərində bir qrup mühacir ərəb fəal aksiya keçirib.
İyulun 24-də Bruksel şəhərində bir qrup mühacir ərəb fəal aksiya keçirib.
Xuzistanda baş verən etiraz aksiyalarına dəstək məqsədilə keçirilən aksiyalarda azərbaycanlı məhbusların azadlığı tələb olunub.
Fəallar əllərində siyasi məhbuslar Siyamək Mirzayi, Abbas Lisani və Əlirza Fərşinin şəkillərini daşıyıb, onları azadlığını tələb edib və güney azərbaycanlılarla həmrəyliklərini bildiriblər.
Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Xuzistan etirazçılarına dəstək aksiyası keçirilib.
Minlərlə insanın qatıldığı aksiya İran hökumətinin polis və təhlükəsizlik məmurlarının sərt müdaxiləsi ilə qarşılaşıb.
İranda və dünyanın müxtəlif ölkələrində yaşayan ərəblər sosial mediada azərbaycanlılara təşəkkürlərini bildiriblər.
Xaricdən yayılan bir sıra ərəb dilli televizyalar Təbriz aksiyasında səsləndirilən “Azərbaycan-ƏlƏhvaz- ittihad, ittihad” şüarlarını dəfələrlə göstərib, iki xalqın ədalətsiz sistemə qarşı mübarizədə birliklərini təqdir ediblər.
Gunaz.tv