• 9 İyun 2023
logo
Qəzvin ekoloji fəlakətin astanasında: Torpaq çökməsi ciddi təhlükələrdən xəbər verir

Qəzvin ekoloji fəlakətin astanasında: Torpaq çökməsi ciddi təhlükələrdən xəbər verir - FOTO

Qəzvin əyalətində topraq çökməsi ciddi problemlərə yol aşa bilər. Bu barəd Böhran İdarəetmə Mərkəzinin başçısı Qudrətullah Mehdixani məlumat verib.
Qudrətullah Mehdixani bununla bağlı aparılan son geoloji tədqiqatlardan danışıb. Onun sözlərinə görə, ümumilikdə Qəzvin əyalətində, özəlliklə Qəzvin düzənliyində torpağın 3-17 sm çökməsi baş verib.
O, bunun daha ciddi tədbirlərin görülməsini vacib sayıb.
“Qəzvində baş verən torpaq çökməsinin 45%-i Qəzvin çölündə baş verir və Avuc rayonundan başqa əyalətin hər beş rayonunda bu ekoloji problem baş verməkdədir”-deyə, Q.Mehdixani bu gün mətbuata verdiyi müsahibədə bildirib.
Torpaq çökməsini səssiz, ancaq təhlükəli, dağıdıcı ekoloji proses adlandıran Q.Mehdixani bunun yerüstü və yeraltı qaynaqlara, infrastruktura ağır ziyanlar vurduğunu bildirib. O, bu prosesin qarşısının alınması üçün isə uzun zamana və böyük vəsaitə ehtiyac olduğunu deyib.
Q.Mehdixani deyib ki, qarşıdakı illərdə normal yağıntılar düşsə belə hazırkı torpaq çökməsinin törətdiyi fəsadlardan yaxa qurtarmaq mümkün olmayacaq.
Qudrətullah Mehdixani eyni zamanda məsul şəxslərin və əlaqədar qurumların bu günə kimi məsələyə ciddi yanaşmadıqların vurğulayıb.
"Yağıntıların azalması, içməli və əkin sahələrinin suyunu təmin etmək üçün yeraltı su qaynaqlarından qaydasız istufadə, hərtərəfli, dəqiq monitorinqin aparılmaması və peşəkar nəzarətin olmaması məsələnin bu səviyyəyə çatmasına səbəb olub"-deyə, o,bildirib.
Bununla yanaşı Qazvin əyalətinin Su və Kanalizasiya Şirkətinin İstismar və Su Ehtiyatlarının İnkişafı üzrə sədr müavini Eynullah Ramazani də “İRNA” informasiya agentliyinə verdiyi açıqlamada problemdən danışıb.
"Belə davam edərsə qarşıdakı 10 il ərzində Qəzvin düzənliyi susuz səhralığa çevrilə bilər”-deyə, o, yetkili qurumları tədbir görməyə çağırıb.
E.Ramazani torpaq çökməsini zəlzələdən daha dağıdıcı və ağır xəsarətlərə yol açan ekoloji hadisə kimi dəyərləndirib, onun yaratdığı fəsadlarının bir çoxunun aradan qaldırılmasının mümkün olmadığını, bölgə əhalisinin məcburi köç etməsinə gətirib çıxara biləcəyini söyləyib.
Qeyd edək ki, İranda ən məhsuldar yerlərdən olan Qəzvin düzənliyi son illər yanlış idarəetmə, yeraltı su qaynaqlarından qaydasız istifadə, ifrat otarma və digər səbəblərdən səhralığa çevrilir, faciəli səviyyədə torpaq çöküntüsünə məruz qalır.
İyulun əvvəllərində Qəzvin əyalətinin valisinin ekologiya məsələləri üzrə müavini Tahirə Pərhizkari Qəzvin düzənliyinin bərpasına yeddi min il vaxt lazım olduğunu demişdi.
Gunaz.tv