• 19 Fevral 2025
logo
Qəzvində özbaşınalıq: Hökumət məmurları azərbaycanlı sakinin evini dağıdıb

Qəzvində özbaşınalıq: Hökumət məmurları azərbaycanlı sakinin evini dağıdıb – VİDEO

İran məmurları Qəzvinin Ələmut bölgəsində bir Azərbaycan türkünün mənzilini dağıdıb, özünü isə döyüblər.
İranın polis və SEPAH məmurları Təbii Qaynaqlar İdarəsinin işçiləri ilə birlikdə Gərmarud kəndinə basqın edərək Nemət Qorçi Beiygin adlı şəxsin evini dağıdıblar. O, bu evi 15 il öncə atasının xüsusi mülkündə tikib.
Milliyyətcə Azərbaycan türkü olan sakin buna etiraz etdiyi üçün məmurlar tərəfindən dəyənəklə döyülüb və əli qandallı üç saat boyunca polis maşınının arxasındaa saxlanılıb.
Bildirilir ki, Ələmutun Gərmarud kənd sakinlərinin polisin bu kobud davranışına etirazından sonra məmurlar kəndlilərin hadisəni çəkməsinin qarşısını almaq üçün mobil telefonlarını əllərindən alıblar.
Gunaz.tv