• 13 Fevral 2025
logo
Türkiyədə sel nəticəsində ölənlərin sayı 7-yə çatıb

Türkiyədə sel nəticəsində ölənlərin sayı 7-yə çatıb

Türkiyənin Rize vilayətində baş verən sel zamanı ölənlərin sayı 7 nəfərə çatıb. Rizenin 6 rayonu təbii fəlakətin ziyanına məruz qalıb.
Fasiləsiz leysan yağışından çaylar daşıb, əraziyə sel gəlib, sürüşmə baş verib. Hadisədə 13 nəfər yaralanıb. İtkin düşən bir nəfərin axtarışları davam edir.