Xainlər getdi, daha da gücləndik. Dünyanın hər yerində FETÖ ilə mübarizə aparırıq və buna davam edəcəyik.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“42 ölkədə FETÖ-ya bağlı məktəblərin fəaliyyətinə son verdik. Bir çox ölkədən xeyli FETÖ üzvünün deportasiyasını təmin etdik. Buradan çağırışı təkrarlamaq istəyirəm: Bu məkrli terror təşkilatı bu gün bizə, sabah sizə hücum edəcək. Bu mübarizəni birlikdə, qətiyyətlə davam etdirəcəyik”, - Çavuşoğlu bildirib.