Türkiyədə göyərtəsində Ukrayna vətəndaşları olan bir gəmi nəzarətə alınıb, dörd nəfər narkotik qaçaqmalçılığı ittihamı ilə həbs olunub.
Bu haqqda məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin baş katibi Oleq Nikolenko yayıb.
Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti İdarəsi və Ukraynanın Türkiyədəki səfirliyi vəziyyəti nəzarətdə saxlayır.