Türkiyənin Rizə şəhərinə yağan aramsız yağışlar nəticəsində meydana gələn sel və torpaq sürüşməsi fəlakətə yol açıb.
Təbii fəlakət nəticəsində şəhərin Muradiyə səmtində bir, Güneysu ilçəsində isə 2 nəfər itkin düşüb.
Şəhərdən keçən bəzi magistral yollar bağlanıb, əkin sahələri yararsız hala düşüb. Onlarla nəqliyyat vasitəsi sel suları altında qalıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə daxili işlər naziri Süleyman Soylu, ətraf mühit və şəhərsalma naziri Murad Kurum və nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu fəlakət bölgəsinə gedib.