• 8 Fevral 2025
logo
Türkiyə “Asiyanın ürəyi”ndə buna nail olmaq istəyir

Türkiyə “Asiyanın ürəyi”ndə buna nail olmaq istəyir - Akar

Əfqanıstan Asiyanın ürəyi və kritik əhəmiyyətə malik bir ölkədir.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Həmid Karzay Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı Əfqanıstan xalqının gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Bu mövzuda danışıqlar davam edir. Bunu digər ölkələrlə birlikdə necə edə biləcəyimiz üzərində işləyirik.
Hava limanı açıq olmalı və istismar edilməlidir. Bunun fərqindəyik. Hava limanı işləməsə, səfirliklər geri çəkiləcək. Belə bir vəziyyətdə Əfqanıstan təcrid olunmuş dövlətə çevriləcək və beynəlxalq münasibətlər baxımından ciddi problemlərlə qarşılaşacaq. Hava limanı fəaliyyət göstərməsə, təhsil, səhiyyə və ticarət üçün xaricə getməli olanlar nə edəcək? Bunlar əfqan qardaşlarımızın barışığı, rifahı və inkişafına mənfi təsir göstərəcək.
Ölkəmizin və Əfqanıstanın maraqları üçün əlverişli nəticələr əldə etmək istəyirik. Məqsədimiz əfqan qardaşlarımızın təhlükəsizliyi, sülhü və rifahı üçün töhfəmizi davam etdirməkdir. Bu çərçivədə sabah ABŞ müdafiə naziri Lloyd Ostin ilə telefon əlaqəmiz olacaq", - Akar bildirib.