Türkiyənin Tekirdağ vilayətində saxta içki zəhərlənməsindən dünyasını dəyişənlərin sayı 12-yə çatıb.
Çorlu Dövlət Xəstəxanasında reanimasiya şöbəsində müalicə alanların ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanada 2 nəfər intrubasiya olunub, digər 7 nəfərin isə müalicəsi davam etdirilir.
Faktla bağlı Çorlu və Tekirdağ polisi tərəfindən həyata keçirilən əməliyyatda saxta içki istehsalında şübhəli bilinən 6 nəfər saxlanılıb. Ümumilikdə külli miqdarda saxta içki ələ keçirilib.
Qeyd edək ki, iyunun 24-də dörd nəfər zəhərlənmə şübhəsi ilə Çorlu xəstəxanasına müraciət edib. Onların saxta içkidən zəhərləndikləri məlum olub, bir Pakistan vətəndaşının həyatını xilas etmək mümkün olmayıb.