• 19 Mart 2024
logo
"Türk Hava Yolları” bu il 56.4 milyon sərnişinə xidmət göstərib

"Türk Hava Yolları” bu il 56.4 milyon sərnişinə xidmət göstərib

“Türk Hava Yolları”nın sentyabr ayı üçün ümumi daşıma həcmi 82.9% olub.
Milli bayraqdar ötən ay ərzində ümumilikdə 6.7 milyon sərnişinə xidmət göstərib. Aviaşirkətin yerli və beynəlxalq hava daşımalarının həcmi müvafiq olaraq 86.1% və 82.5% olub. Ötən ilin sentyabr ayı ilə müqayisədə məntəqədən məntəqəyə uçan sərnişinlərin (tranzit sərnişin) sayı 6.2%, beynəlxalq sərnişinlərin sayı isə 5.5% artıb.
2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin sentyabr ayında şirkətin həyata keçirdiyi yük daşımalarının həcmində də artım var - 9.8%.
“Türk Hava Yolları” 2019-cu ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişin daşıyıb. Həmin dövr ərzində ümumi hava daşımalarının həcmi isə 81.4%-dir. Beynəlxalq hava daşımalarının həcmi 80.7%, yerli hava daşımalarının həcmi isə 86.4% olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Türk Hava Yolları”nın məntəqədən məntəqəyə (tranzit) sərnişin daşıması 3.9% artıb.
Cari ilin ilk doqquz ayı ərzində aviaşirkət tərəfindən daşınan yükün həcmi 9.6% artaraq 1.1 milyon tona çatıb.