• 25 Aprel 2024
logo
“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim elan edir

“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim elan edir

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” oktyabr ayının 4-dən 18-ə qədər endirim kampaniyası elan edir. 19 istiqaməti əhatə edəcək endirim kampaniyası çərçivəsində əldə olunan biletlərin istifadə müddəti 5 oktyabr-27 dekabr tarixlərini əhatə edir.
Kampaniya çərçivəsində səyahətsevərlər istər Yaxın (Təl-Əviv), istər Uzaq Şərq (Tokio), istərsə də ekzotiv Cənubi Amerikanı (Buenos-Ayres) endirimli qiymətlərlə kəşf etmə imkanı qazanırlar. Endirim kampaniyasında Təl-Əviv istiqamətində biletin qiyməti 299 Avro, Tokio istiqamətində 819 Avro, Buenos-Ayres istiqamətində isə 899 Avro təşkil edir. Kampaniyada yer almış şəhərlərin siyahısında həmçinin Nyu-York (559 Avro), Kuala Lumpur (659 Avro), London (548 Avro) və Parisin də adı yer alıb (399 Avro).
Qeyd edək ki, təklif olunan qiymətlər Avro ilə göstərilib, gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də göstərilən qiymətlərə daxildir.