Suriyanın şimalındakı Aazzez rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissə raket atəşinə tutulub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 5 türkiyəli hərbçi yaralanıb.
Yaralılar Türkiyə ərazisinə çatdırılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.