• 4 Dekabr 2021
logo
Türkiyədə komendant saatının müddəti azaldılıb

Türkiyədə komendant saatının müddəti azaldılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin bir hissəsinin ləğv edildiyini elan edib.

İyun ayı ərzində komendant saatı bazar ertəsindən şənbə gününə kimi saat 22:00-dan 05:00-dək, həmçinin bazar günü bütün gün ərzində qüvvədə olacaq.

Bundan əlavə, ölkədə iyunun 1-dən etibarən kafe və restoranlar, bütün lazımi tədbirlərə riayət edərək yerində xidmət göstərə biləcəklər.

Qeyd edək ki, daha əvvəl komendant saatı bazar ertəsindən cümə gününə kimi 21:00-dan 05:00-dək, həmçinin şənbə və bazar günləri bütün gün ərzində davam edirdi.