• 30 Sentyabr 2022
logo
Türkiyə MN: Azərbaycan hərbçiləri təlimlərdə hər cür tapşırığı icra edəcək gücdə olduğunu göstərir

Türkiyə MN: Azərbaycan hərbçiləri təlimlərdə hər cür tapşırığı icra edəcək gücdə olduğunu göstərir

Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində və təlim sahəsində dəstək verməyə davam edirik.

APA-nın xəbərinə görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə icra etdikləri təlimlərdə veriləcək hər cür tapşırığı yerinə yetirə biləcək gücdə olduğunu göstərməkdədir.

P. Kara, bu yaxınlarda Azərbaycana 5 minatəmizləmə maşınının göndərildiyini də xatırladıb.

““İki dövlət, tək millət” anlayışı ilə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”, - deyə Nazirlik rəsmisi vurğulayıb.