• 24 Aprel 2024
logo
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 336 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 41 527 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 28 997 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 929 118 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 38 218 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 554 037 nəfər təşkil edir.