• 16 Aprel 2024
logo
Türkiyədə bu gün 339 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 339 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 339 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanılıb. Son 24 saatda 278 108 nəfər test edilib, 37 674 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3581 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 39 737 nəfər ölüb.

Türkiyədə indiyədək 4 788 700 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 255 714-ü müalicə olunaraq sağalıb.