Türkiyədə son sutkada 43 301 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 710 582 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Gündəlik statistikaya əsasən, son 24 saatda 346 nəfər COVID-19-dan dünyasını dəyişib. İnfeksiyadan ölənlərin ümumi sayı 39 057 nəfərdir.
Hazırda ölkə üzrə 504 262 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3549 koronaviruslu xəstənin vəziyyəti ağırdır.
Türkiyədə indiyədək 4 167 263 nəfər (son sutkada 45 592 nəfər) müalicə olunaraq sağalıb.